Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2025 22:06
Prezident İlham Əliyev İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Əbdüllətif Camal Rəşidə başsağlığı məktubu ünvanlayıb.
Sonxeber.net xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Əl-Küt şəhərində yerləşən ticarət mərkəzində baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması xəbəri bizi olduqca sarsıtdı.
Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İraq xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!".