Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2025 23:32
Ukraynalı boksçu Aleksandr Usikin həyat yoldaşı Yekaterina sosial şəbəkədə ərinin Daniel Dyubua üzərində qazandığı qələbəyə həsr olunmuş emosional paylaşım edib.
Sonxeber.net xəbər verir ki, Yekaterina paylaşımında ərinə belə müraciət edib:
*"Çempionum. Qəhrəmanım. Qürurum. Sənin bu qələbəyə necə addım-addım irəlilədiyini hər gün gördüm. Nə qədər zəhmət, nə qədər güc, nə qədər inam sərf etdin.
Sən əsl döyüşçüsən. Sən bizim uşaqlarımız, Ukrayna və bütün dünya üçün nümunəsən. Sənə görə Allaha şükür edirəm. Gücünə, sevginə və ən çətin anlarda belə işıq olaraq qaldığın üçün sənə təşəkkür edirəm.
Səninlə sonsuz qürur duyuram, səni sonsuz sevirəm. Qələbən mübarək, sevgilim!"*
Xatırladaq ki, iyulun 20-də Usik Dyubuanı nokaut edərək ağır çəkidə şəksiz dünya çempionu adını qazanıb.
Kənan