Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyul 2025 11:35
Müğənni Qumral dənizdə istirahət edərkən insanların ona qəribə baxmasından gileylənib.
Sonxeber.net xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkə hesabının "hekayə" bölməsində paylaşım edib. O, insanların ona qeyri-adi və şübhəli baxışlarından narahat olduğunu bildirib:
"Dənizdə olanda hamı mənə şübhə ilə baxır. Ay başınıza dönüm, Qumral da istirahət etməlidir, dənizdən istifadə etməlidir, günəşlənməlidir, D vitamini qəbul etməlidir. Dəniz daha xeyirlidir, daha gözəldir". Sezar pizza
İfaçı izləyicilərinə yaxın olduğunu xatırladaraq, vurğulayıb:
"Mən də sizin kimi sıravi vətəndaşam. Özümü heç vaxt sizlərdən seçməmişəm, yuxarıdan aparmamışam. Həmişə sizin arasındayam. Heç nəyi kompleks etmirəm. İnsanlardan ürkmürəm, nə də çəkinmirəm".
Qeyd edək ki, Qumral sosial şəbəkələrdə aktivliyi və açıq fikirləri ilə seçilən sənətçilərdəndir./yenisabah.az