Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Liverpul''un əfsanəsi vəfat etdi - FOTO

''Liverpul''un əfsanəsi vəfat etdi - FOTO

Tarix: 22 Iyul 2025 16:44

"Liverpool" və "Wrexham" klublarının əfsanəvi futbolçusu Coey Cons 70 yaşında dünyasını dəyişib.

Sonxeber.net xəbər verir ki, məlumata görə, uelsli keçmiş müdafiəçi bir müddət davam edən xəstəlikdən sonra vəfat edib.

1975-ci ildə doğma klubu "Wrexham"dan "Liverpool"a transfer olunan Cons "Anfield"də keçirdiyi üç il ərzində azarkeşlərin sevimlisinə çevrilmişdi. Sol cinah müdafiəçisi kimi çıxış edən Coey Cons, uşaqlıqdan "Liverpool" azarkeşi idi və bu klubda olmağı onun üçün bir arzu idi.

Cons "Liverpool"da çıxış etdiyi dövrdə aşağıdakı titulları qazanıb:

İngiltərə çempionluğu, iki dəfə Avropa Kuboku (European Cup) ,UEFA Superkuboku


Etiketlər:  Liverpulun əfsanəsi vəfat etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ