Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu məhsullar rəflərdən yığışdırılır - Yeni qərar

Bu məhsullar rəflərdən yığışdırılır - Yeni qərar

Tarix: 1 Avqust 2025 23:48

Türkiyənin Kənd Təsərrüfatı Nazirliyi tərəfindən qəbul edilən yeni qərara əsasən, bu gündən etibarən içki məhsullarının etiketlərində "şəkərsiz" ifadəsinin istifadəsi qadağan olunub.

Sonxeber.net xəbər verir ki, yeni tənzimləmə əsasən, kola, meyvə suyu, limonad və digər oxşar içkilərdə istər təbii, istərsə də süni şəkər və ya şirinləşdirici olsa belə, məhsulun üzərində "şəkərsiz", "şəkər əlavə olunmayıb" və ya "əlavə şəkər yoxdur" kimi ifadələr yazıla bilməz. Qaydaya əməl etməyən məhsullar satışdan çıxarılacaq.

Nazirlik bu qərarı Türk Qida Kodeksinin müvafiq bəyanat qaydalarında etdiyi dəyişikliklə əsaslandırıb. Bildirilir ki, bəzi istehsalçılar xurma, bəhməz kimi təbii şəkərlə şirinləşdirilmiş məhsullara da "şəkərsiz" yazaraq istehlakçını çaşdırır. Yeni qaydalara əsasən, belə hallarda konkret şəkər mənbəyi etiketdə açıq şəkildə göstərilməlidir.

Nazirlik açıqlamasında qeyd edib ki, etiketlərdəki yanlış məlumatlar xüsusilə piylənmə, diabet və kalori istehlakına diqqət edən istehlakçılar üçün aldadıcı olur. Bu səbəbdən yeni qayda onların doğru məlumat almasını təmin etməyi hədəfləyir.


Etiketlər:  məhsullar rəflərdən yığışdırılır Yeni qərar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ