Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ən təhlükəli il gəlir... - Məşhur kahinin proqnozları gündəm oldu

Ən təhlükəli il gəlir... - Məşhur kahinin proqnozları gündəm oldu

Tarix: 3 Avqust 2025 23:39

Polşalı kahin Kşiştof Yaçkovskinin 2026-cı illə bağlı kəhanətləri gündəm olub.

Sonxeber.net xəbər verir ki, "Radio Eska" onun proqnozlarından sitat gətirib.

O, 2026-cı ili qaçqınlarla bağlı problemlər, həmçinin terror aktları və inqilablar riskinin yüksək olması səbəbindən dünya üçün ən təhlükəli il adlandırıb.

Yaçkovskiyə görə, xüsusilə də Polşa 2026-cı ildə ən çətin dövrlərdən birini yaşayacaq. O, siyasətçilərin vətəndaş müharibəsi qorxusundan ölkədən qaçacaqlarını proqnozlaşdırıb. Bir qrup siyasətçi tərəfindən dövlətə xəyanət və sadə vətəndaşların aldadılması halları da baş verəcək.

Onun proqnozlarına görə, 2026-2028-ci illərdə ölkə prezidentsiz qala, hətta Polşa bəzi torpaqlarını da itirə bilər. (publika.az)


Etiketlər:  təhlükəli gəlir Məşhur kahinin proqnozları gündəm oldu


RƏYLƏR