Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident: Ermənistan konstitusiyası dəyişiləndə Azərbaycana ərazi iddiasının oradan çıxarılacağına şübhə etmirəm

Prezident: Ermənistan konstitusiyası dəyişiləndə Azərbaycana ərazi iddiasının oradan çıxarılacağına şübhə etmirəm

Tarix: 9 Avqust 2025 02:48

Şübhə etmirəm ki, Ermənistan konstitusiyası dəyişiləndə, - Ermənistan tərəfi özü bunu bildirir ki, belə dəyişikliklər edilməlidir, - Azərbaycana olan ərazi iddiası oradan çıxarılacaq. Əks təqdirdə, bu, birinci növbədə, Amerika Birləşmiş Ştatlarına hörmətsizlik olacaq.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda Azərbaycan mətbuatına müsahibəsində deyib.

"Çünki hər kəs bilir və bizim mövqeyimiz demək olar ki, bütün aparıcı beynəlxalq aktorlar tərəfindən, o cümlədən Amerika Birləşmiş Ştatlarından anlayışla qarşılanır. Çünki sülh sazişi imzalananda hər bir məsələ öz həllini tapmalıdır və bizə qarşı olan əsassız ərazi iddiası oradan çıxarılmalıdır. Ona görə mənim bu məsələ ilə bağlı şübhəm yoxdur", - deyə Prezident İlham Əliyev vurğulayıb.


Etiketlər:  Prezident Ermənistan konstitusiyası dəyişiləndə Azərbaycana ərazi iddiasının oradan çıxarılacağına şübhə etmirəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ