Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2019 23:21
Xərçəng ən dəhşətli xəstəliklərdən biridir, onu məğlub etmək çox çətindir. Lakin daim elmi axtarışlarda olan alimlər müalicənin daha effektiv yolunu tapıb.
Sonxeber.net xəbər verir ki, Filippin Universitetinin alimləri buynuz ilbizlərindən hazırlanan ekstraktların xərçəng hüceyrələrinin yayılmasının qarşısını aldığını müəyyənləşdirib. Ekstrakt qan damarlarının böyüməsinə maneə törədir ki, bu da xərçəng hüceyrələrinin aclığına səbəb olur və böyüməsini dayandırır.
Maddə xərçəng hüceyrələrini birbaşa məhv etmir, lakin onların məhv olması üçün münbit şərait yaradır. (publika.az)