Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uşaq məktəbə gəlməyəndə, axşam gedib dərsi evində soruşan müəllim - Örnək - FOTO

Uşaq məktəbə gəlməyəndə, axşam gedib dərsi evində soruşan müəllim - Örnək - FOTO

Tarix: 16 Dekabr 2019 07:22

Elxan Cəbiyev: "Valideyn bir dəfə məktəbə gəlirsə, övladı bir ay çox yaxşı oxuyur"

Sonxeber.net kaspi.az-a istinadən yazını təqdim edir. 

Dərs keçdiyi məktəbdə hazırda 47 şagird təhsil alır. Bir sinifdə isə 3-7 arası şagird olur. İlk baxışdan belə görünür ki, sinifdə bu qədər az şagird varsa, müəllimin işi asandır, amma heç də elə deyilmiş. Bunun da öz çətinlikləri var imiş. "Belə siniflərdə uşaqları oxumağa motivasiya etmək çətindir" - deyən müsahibimiz Şamaxı rayonu Qonaqkənd kəndində tarix müəllimi işləyən Qobustan rayon sakini Elxan Cəbiyevdir.

Qeyd edək ki, E.Cəbiyev 1992-ci ildə Qobustan rayonunda anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsində təhsil alıb.
 
- Müəllim olmaq uşaqlıq arzunuz idi?

- Müəllim ailəsində doğulmuşam. İbtidai sinif müəllimim anam olub. Böyük bacım tarix müəllimidir, eyni zamanda mənim sinif rəhbərim idi. Atam da tarix müəllimidir. Əkiz qardaşım var, o, coğrafiya müəllimliyi üzrə təhsil alıb. Bir müddət dərs dedi, indi təhsillə bağlı sahədə çalışır. Mən də 6-cı sinifdən müəllim olmağı arzulamışam. Universitetə sənəd verəndə də məqsədim müəllimlik idi. Ancaq elə oldu ki, birinci il kəsildim. İkinci il hazırlıq müəllimim məni polis akademiyasına yönəltdi. Anam da polis olmağımı çox istəyirdi. Sənədlərimi verdim, ilkin mərhələdən də keçdim. Ancaq sonra gedib sənədlərimi götürdüm. Çünki o sahədə özümü görmürdüm.

- Niyə müəllim olmaq istəyirdiniz?

- Müəllim ailəsində böyüdüyüm üçün cəmiyyətdə bu peşəyə, müəllimlərə olan hörməti, yanaşmanı görürdüm. Mən də özümü bu sahədə təsəvvür edirdim.
 
- Universitetə 2010-cu ildə qəbul olubsunuz. O vaxt müəllimlərin maaşı indiki kimi deyildi. Bu, sizi fikrinizdən daşındırmadı?

- Bu gün belə, mən işimdə maddiyatı düşünmürəm. Müəllim kimi ilk maaşım 180 manat idi. Bəlkə də, bu, kiməsə az gələ bilər, amma mənim üçün çox əziz idi. Öz zəhmətimin bəhrəsi idi və sevdiyim sahədən qazanmışdım. Düzdür, sonra insanın fikri dəyişə, başqa sahəyə yönələ də bilir. Amma hələ özümü müəllimlikdən başqa yerdə görmürəm.

- Universiteti bitirən ili elə ucqar kənd məktəbində işlədiniz?

- Təhsili başa vurub hərbi xidmətə getdim. Qayıtdıqdan sonra Qobustan rayon Dərəkənd kəndindəki məktəbdə bir il tarix müəllimi işlədim. 2017-ci ilin sentyabrından artıq Şamaxıdakı məktəbə getdim.

- Ucqar kənddə işləmək çətin deyil?

- Mən ucqara meyilliyəm, ona görə, çətin tərəfi varsa da, gözümə görünmür. Şam işığında odun sobası yanında oturub bədii əsər oxumaq mənə zövq verir.
 
- 3-cü tədris ilidir ki, ordasınız. Ailədən uzaqda, tək...

- (Gülür) Orda heç vaxt tək olduğumu hiss etməmişəm. Hər işi görə, hər yeməyi bişirə bilirdim. Kəndə öyrəşmək də çətin olmadı. Vaxt keçdikcə daha rahat olur, insanlar daha yaxın gəlir.

- İndi işlədiyiniz məktəbin yerləşdiyi kənddə şərait necədir?

- Mən gəldiyim il kəndə qaz çəkilməmişdi. Evləri odun sobası ilə isidirdik. Mənim də belə şeylərə həvəsim var. İkinci il qaz çəkildi, amma mən odun sobasına üstünlük verirdim.

- Hətta dostlarınız deyirlər ki, onunla telefonda danışanda, şəbəkə problemi yaşayırıq. Telefonu yuxarıda bir yerə qoyur, elə danışırıq.

- Hə, şəbəkə problemi var. Əvvəllər yenə bir az normal idi, zəlzələdən sonra zəiflədi.

- İşlədiyiniz kənd şəhərdən çox uzaqdır?

- Asfalt yol çəkilsə, şəhərlə 20 dəqiqəlik məsafə olar. Yolları pis olduğu üçün 45-50 dəqiqəyə ancaq gedib çıxırsan.
  
- Balaca kənddir?

- Kənd əhalisinin çoxu köçüb gedir. Hardasa 200-250 adam qalıb.

- Məktəbdə şagird sayı nə qədərdir?

- Hazırda məktəbdə 47 şagird təhsil alır.

- Maraqlıdır, sinifdə neçə şagird olur?

- 3-7 arası. Bizdə tam orta məktəb olsa da, ibtidailər komplekt sinif gedir. 1-4-cü sinifləri birləşdirib dərs keçirlər. Məsələn, 1 və 3-cü sinfin ana dili dərsi bir yerdə olur. 45 dəqiqəni iki yerə bölürlər. Yarısını 1-cilərə, yarısını da 3-cülərə sərf edirlər. 


Etiketlər:  Uşaq məktəbə gəlməyəndə axşam gedib dərsi evində soruşan müəllim Örnək FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ