Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropa Liqasında 1/16 final cütlükləri müəyyənləşir

Avropa Liqasında 1/16 final cütlükləri müəyyənləşir

Tarix: 16 Dekabr 2019 10:38

Avropa Liqasında (AL) 1/16 final mərhələsinin püşkü atılır.

Sonxeber.net matc.az-a istinadən xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında təşkil olunacaq tədbir Bakı vaxtı ilə 16:00-da başlayacaq.

Avropa Liqasının qruplarında ilk 2 yeri tutmuş komandalar, eləcə də Çempionlar Liqasından gələn klublar iki səbətə bölünəcək. Səpələnmişlər səbətində AL-in 12 qrupunun qalibləri, həmçinin ÇL-də qrup üçüncüsü olanlardan ən yüksək reytinqli 4 klub yer alacaq.

Səpələnməmişlər səbətindəki komandalar ilk oyunu öz meydanlarında keçirəcəklər. Püşk eyni ölkənin təmsilçilərini və eyni qrupdan çıxanları bir-birinə rəqib edə bilməz.

Səpələnmişlər:

"Ayaks" (Hollandiya)

"Arsenal" (İngiltərə)

"Bazel" (İsveçrə)

"Benfika" (Portuqaliya)

"Braqa" (Portuqaliya)

"Seltik" (Şotlandiya)

"Espanyol" (İspaniya)

"Gent" (Belçika)

"İnter" (İtaliya)

"Başakşəhər" (Türkiyə)

LASK (Avstriya)

"Malmö" (İsveç)

"Mançester Yunayted" (İngiltərə)

"Portu" (Portuqaliya)

"Zalsburq" (Avstriya)

"Sevilya" (İspaniya)


Etiketlər:  Avropa Liqasında final cütlükləri müəyyənləşir


RƏYLƏR