Tarix: 16 Dekabr 2019 11:40
Millimizin sabiq baş məşqçisi Robert Prosineçki yenidən yığmamızı çalışdıracağı haqda yayılan xəbərlərə münasibət bildirib.
Qol.az xəbər verir ki, bosniyalı mütəxəssis ölkəsinin mətbuatına qısa açıqlamasında millimizdə çalışacağını istisna etməyib: "Hər şey mümkündür, görəcəyik. Azərbaycan millisində daha böyük nəticələr əldə etmək üçün hər cür şərait var".
Qeyd edək ki, ötən ay Bosniya və Herseqovina millisindən ayrılan Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan yığmasını çalışdırıb.