Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2025 19:10
"Müdafiədə buraxdığımız kobud səhvlərdən sonra "Sabah" qələbə qazandı. Bu səhvləri etməməli idik".
QOL.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 15-ci turunda "Sabah"a 1:3 hesablı məğlubiyyəti şərh edərkən deyib.
Təcrübəli mütəxəssis məğlubiyyətin əsas səbəbini müdafiədəki kobud səhvlərlə əlaqələndirib. O, taktiki yanlışlıqlara yol verdiyini də etiraf etməkdən çəkinməyib:
"Desək ki, məşqçi səhv etmir, doğru olmaz. Birinci hissədə meydanda düzülüşümüz düzgün deyildi, bunun nəticəsində rəqibin istifadə edəcəyi boşluqlar çox oldu".
Berdiyev rəqibi analiz etdiklərini desə də, sərgilənən oyunun "Turan Tovuz"un əsl siması olmadığını qısa və konkret şəkildə "Xeyr" deyərək təsdiqləyib.
Baş məşqçi azarkeşlərin onun ünvanına səsləndirdiyi "istefa" şüarlarına və komandanın durumuna isə belə münasibət bildirib:
"Bu məsələləri bütün klublarda prezident həll edir. Azarkeşləri məyus etdiyimiz üçün özümüzü yaxşı hiss etmirik. Bu, utancvericidir". (sportal.az)