Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vilayət Eyvazovdan polislərlə bağlı CİDDİ TAPŞIRIQ

Vilayət Eyvazovdan polislərlə bağlı CİDDİ TAPŞIRIQ

Tarix: 16 Dekabr 2019 14:40

Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov nazir postuna təyinatından sonra bir sıra islahatyönümlü qərarlar imzalayıb. Bu vəzifəni icra etdiyi altı ay ərzində həyata keçirdiyi kadr təyinatları, vətəndaşların şəxsiyyət vəsiqələrini ölkənin istənilən yerindən ala bilməsi, "102" xidmətinə müraciət edən şəxslərin polis idarələrinə çağırılmadan izahatların alınması və avtomobillərə vurulan "plyonka" ilə bağlı qanunvericiliyə dəyişiklik edilənədək məhdudiyyətin aradan götürülməsi barədə əmrləri əhali arasında müsbət mənada ictimai müzakirəyə səbəb olub.

Bu dəfə nazir polis işçilərinin məzuniyyət və istirahət hüquqlarının daha da yaxşılaşdırılması ilə bağlı göstəriş verib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, nazirin imzaladığı göstərişdə qeyd olunub ki, daxili işlər orqanlarının şəxsi heyətinin istirahət hüququnun təmin edilməsi ilə bağlı vəziyyət bütövlükdə qənaətbəxş olsa da, bəzi qurumlarda nöqsanlara yol verilir.

Araşdırma zamanı məlum olub ki, bəzi rəhbər vəzifəli şəxslər əməkdaşları zərurət olmadan istirahət günləri xidmətə çağırır, məzuniyyətlərini müxtəlif bəhanələrlə məhdudlaşdırırlar. Bu cür neqativ hallar isə cinayətlərin qarşısının alınması və açılması, ictimai təhlükəsizliyin təmin edilməsi kimi gərginliklə müşayiət olunan vəzifələrin icrasına mənfi təsirsiz ötüşmür.

Vilayət Eyvazov araşdırmanın bu nəticəsini əsas tutaraq nazirlikdə vəzifə tutan rəhbər şəxslərdən tələb edib ki, hər bir əməkdaşın həftə ərzində bir gün istirahət etməsi üçün lazımi şərait yaradılsın. Əməkdaşların məzuniyyət hüququndan istifadə etməsinə həssaslıqla yanaşılmasını və məzuniyyət günlərinin ədalət və növbəlilik prinsipləri əsasında bölünməsini tapşırıb.


Etiketlər:  Vilayət Eyvazovdan polislərlə bağlı CİDDİ TAPŞIRIQ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ