Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Başqasının “iPhone” modelini bloklayan üsul aşkarlanıb

Başqasının “iPhone” modelini bloklayan üsul aşkarlanıb

Tarix: 17 Dekabr 2019 08:04

"iPhone" smartfonları üçün "AirDrop" funksiyasında qurğunu uzun müddət bloklamağa imkan verən boşluq aşkarlanıb. Səhv kibertəhlükəsizlik sahəsində ekspert Kişan Baqariyanın bloqunda təsvir edilib.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, məlumata görə, "AirDrop" vasitəsilə faylların qəbulu zamanı qurğu sahibi tərəfindən faylların qəbulunun ləğv edilməsi və ya təsdiqlənməsi məqsədilə smartfonun ekranı bağlanır. Qurbana çoxsaylı faylların göndərilməsini quraşdırmaqla kibercinayətkar smartfonu uzun müddət bloklaya bilər.

Mütəxəssis boşluq kodunu "GitHub" servisində dərc edib. K.Baqariyanın sözlərinə görə, potensial baxımdan hücumları "AirDrop", "Bluetooth" və "Wi-Fi"ı söndürməklə aradan qaldırmaq olar. O, həmçinin "AirDrop" funksiyasını yalnız zərurət yarandıqda işə salmağı və tanış olmayan istifadəçilərdən məlumatlar qəbul etməməyi tövsiyə edib.


Etiketlər:  Başqasının iPhone modelini bloklayan üsul aşkarlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ