Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sumqayıtda ''Shacman'' aşdı - İki nəfər öldü

Sumqayıtda ''Shacman'' aşdı - İki nəfər öldü

Tarix: 17 Dekabr 2019 09:54

Bakı. Trend:

Sumqayıt şəhərində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində "Shacman" markalı yük avtomobili yol kənarına aşıb.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri sürücü 1989-cu il təvəllüdlü Nəsibov Elvin Qəzənfər oğlunun və sərnişin 1984-cü il təvəllüdlü Rəhimov Rəşad Xaləddin oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Sumqayıtda Shacman aşdı İki nəfər öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ