Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pərviz Müşərrəf ölüm cəzasına məhkum edildi

Pərviz Müşərrəf ölüm cəzasına məhkum edildi

Tarix: 17 Dekabr 2019 11:52

Bakı. Trend:

Pakistanın sabiq prezidenti Pərviz Müşərrəf İslamabadda məhkəmə tərəfindən qiyabi olaraq ölüm cəzasına məhkum edilib.

Trend-in məlumatına görə, sabiq prezident və general vətənə xəyanətdə ittiham olunub.

Qərar 2007-ci ildə P.Müşərrəfin fövqəladə vəziyyət elan etməklə Konstitusiyanın fəaliyyətini dayandırması ilə əlaqədar verilib.

Qeyd edək ki, general P.Müşərrəf 1999-cu ildə çevriliş yolu ilə hakimiyyətə gəlib və 2001-2008-ci illərdə prezident vəzifəsində işləyib.

Hazırda P.Müşərrəf Dubayda müalicə olunur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Pərviz Müşərrəf ölüm cəzasına məhkum edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ