Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2019 13:36
Pakistanın sabiq prezidenti Pərviz Müşərrəf İslamabadda məhkəmə tərəfindən qiyabi olaraq ölüm cəzasına məhkum edilib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, sabiq prezident və general vətənə xəyanətdə ittiham olunub.
Qərar 2007-ci ildə P.Müşərrəfin fövqəladə vəziyyət elan etməklə Konstitusiyanın fəaliyyətini dayandırması ilə əlaqədar verilib.
Qeyd edək ki, general P.Müşərrəf 1999-cu ildə çevriliş yolu ilə hakimiyyətə gəlib və 2001-2008-ci illərdə prezident vəzifəsində işləyib.