Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Zeynəb Xanlarovaya ayıb olsun, əgər...” - Flora Kərimovadan inanılmaz sözlər

“Zeynəb Xanlarovaya ayıb olsun, əgər...” - Flora Kərimovadan inanılmaz sözlər

Tarix: 18 Dekabr 2019 10:10

Azərbaycan Milli Məclisinin deputatı, xalq artisti Zeynəb Xanlarovanın Amerikada xeyriyyəçiliklə məşğul olduğu üzə çıxıb. Xalq artisti hələ 7 il əvvəl Amerikada "Zeynab Khanlarova Foundation"u təsis edib. Orada xeyriyyəçiliklə məşğuldur. 2013-cü ildə Brooklyn-də, Sheepshead Bay Rd 1629 ünvanında tikdirdiyi 3 mərtəbəli binanın 3-cü mərtəbəsində fondun ofisi yerləşir.

Sonxeber.net yenisabah-a istinadən xəbər verir ki, Xalq artisti Flora Kərimova mövzu ilə bağlı açıqlamasında bunu "ayıb iş" kimi dəyərləndirib:

"Düzü, mən bu iddianın doğruluğuna şübhə edirəm. Çünki o elə bir şey etsə idi, bizimkilər bilərdi və sual verərdilər ki, Azərbaycan xalqına deyirsən ki, gedək ölək, ya erməni ilə dostluq edək, ya azərbaycanlıları "Qara camaat" adlandırırsan, sonra da gedib ermənilərə xeyriyyəçilik edirsən. Ona görə mən bu informasiyaya o qədər də inanmıram. Əgər elədirsə, Zeynəb Xanlarovaya ayıb olsun".

F.Kərimova hesab edir ki, əgər Z.Xanlarova ABŞ-dakı azərbaycanlılara yardım edirsə, o zaman konkret olaraq kimlərə köməklik göstərdiyini açıqlasın:

"Əgər oradakı azərbaycanlılara xeyriyyəçilik edirdisə, onda çıxıb kimlərə, nə vaxt kömək etdiyini desin. Mən bu informasiyanın araşdırılıb, dəqiqləşdirilməyin tərəfdarıyam. Belə bir şey doğrudan da olubsa, niyə Amerikada xeyriyyəçiliyə qol qoyan insan, Azərbaycanda bu addımı atmadı? Özü də 40 ildən çoxdur millət vəkilidir. Mən onun haqqında ayrı şeylər eşitmişəm.

Deyirdilər, ustaları çağırırdı, işlədirdi, mebeli sökdürüb-yığdırırdı 1 qəpik də vermirdi. Milli Məclisdən çıxanda ayrı çıxışdan çıxırmış ki, dayandırıb ondan pul istəməsinlər, ya da xahişlər etməsinlər. Bunları media çox geniş işıqlandırıb. Öz millətinə 5 manat verməkdən qaçan insan, gedib Amerikada kimlərə xeyriyyəçilik edəcək?

Həmçinin o xeyriyyə pullarından bizim düşmənlərimiz də istifadə edə bilər. Sizə bir şey deyim, bizim ağır vaxtlarımızda, şəhidlərimizin qırılan vaxtlarında, analarımızın gözü yaşlı, ürəyi dağlı "Vətən sağ olsun" deyən vaxtlarında o getdi Amerikaya konsertdə "Dünyanın xoşbəxti mənəm" oxudu. Ay siyasətçi, sən Amerikaya bu millətin səfiri kimi getmisən, sənə millətin səfiri kimi qapılar açılıb, hörmət olunub, oxumağına görə yox. Açın, baxın görün, nə oxuyur, necə oxuyur. Mən bir söz deyəndə hərdən onun tərəfdarları məni qınayırlar. Ancaq sən ora millət vəkili status ilə, Azərbaycanı idarə edənlərdən biri kimi gedirsən və o müsibət vaxtı deyirsən ki, "Dünyanın xoşbəxti mənəm dünyada".

Siyasətçi bunu edərmi? Sən ora Azərbaycanı təmsil etməyə getmisən. Hansı ürəklə "Xoşbəxt mənəm" deyirsən? Mən o konsertə baxanda nə günə düşdüm. Mən-mən deyirsən, elementar vətəndaşlıq hissi də yox idi səndə? Sonra da guya zarafat edir, deyir "mən oxudum, mənə əl çalırdılar, "Reyhan"ı oxuyanda. Sən demə onlar elə biliblər ki, mən Reyqanı (Ronald Reyqan-red) tərifləyirəm ona görə əl çalıblar".

Sən hansı şüurla bunu deyirsən, öz müğənniliyinin üstündən xətt çəkib deyirsən ki, oxumağıma görə yox, elə bildilər Reyqanı tərifləyirəm ona görə əl çaldılar. Özü də o zalda azərbaycanlılar oturmuşdu. Belə məntiqsiz hərəkətlər görəndə düşünürəm ki, hər birimizin ixtiyarı var bunu dilimizə gətirək və iradları deyək ki, ondan sonra gələnlər bunu təkrarlamasın, millətimizi alçaltmasın və təkcə millət vəkili yox, həm də vətənpərvər olsun.

Deyəndə də deyirlər Flora acıdildir, danışmayım neyləyim? Həm də tank qabağında millətinə görə dayanan, tankın lüləyi burnuna dəyən bir insanın bu sözləri deməyə ixtiyarı var. Mən ailəmi, uşaqlarımı gecə tək qoyub getmişəm, mənimlə cavan uşaqlar gedib, elə oradaca şəhid olublar, mənim millət vəkilinə söz deməyə ixtiyarım var ki, sən 40 ildir bu millətin çörəyini yeyib sonra da bəyənməyib, gedib Amerikada xeyriyyə fondu yaradırsan.


Etiketlər:  Zeynəb Xanlarovaya ayıb olsun əgər Flora Kərimovadan inanılmaz sözlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ