Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qəbələ'' və ''Zirə'' yarımfinalda

''Qəbələ'' və ''Zirə'' yarımfinalda

Tarix: 19 Dekabr 2019 20:02

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab görüşlərinə start verilib.

Qol.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. İlk olaraq "Zirə" "Səbail"i qəbul edib. Komandalar arasında "ASCO Arena"dakı birinci oyunda hesab açılmayıb. Bu matçda isə meydan sahibləri 1:0 hesablı qələbə ilə növbəti mərhələyə yüksəlib.

Günün digər matçında  "Sabah" "Qəbələ"ni qəbul edib. İlk görüşdə 3 cavabsız qolla qalib gələn əyalət təmsilçisi bu dəfə 3:2 hesablı qələbə ilə yarımfinala adlayıb.

Qeyd edək ki, 1/4 final mərhələsinin digər cavab görüşləri sabah keçiriləcək.


19 dekabr

18:00. “Sabah” – “Qəbələ” - 2:3
Qollar:
Davit Volkov, 22 (0:1), 23 (0:2), Bəhlul Mustafazadə, 62 (1:2), Klesio Bauk, 64 (1:3), Bəhlul Mustafazadə, 76 (2:3)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Qəzənfər Məmmədov, Namiq Bəkirov
“Bank Respublika Arena”
İlk oyun - 0:3

15:00. “Zirə” – “Səbail” - 1:0
Qol:
Sezar Rodrigez, 105+1
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Mübariz Haşımov, Vüqar Həsənli
Zirə İdman Kompleksinin stadionu
İlk oyun - 0:0



20 dekabr (cümə)

17:00. “Sumqayıt” – “Neftçi”
Hakimlər:
Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rəşad Əhmədov
“Kapital Bank Arena”

20:00. “Keşlə” – “Qarabağ”
Hakimlər:
Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Orxan Məmmədov
“ASCO Arena”

 


Etiketlər:  Qəbələ Zirə yarımfinalda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ