Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2019 12:44
23 dekabr 2019-cu il tarixdə ölkəmizdə keçiriləcək V çağırış Bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasına yüksək fəallıqla başlayan YAP Gəncə şəhər təşkilatının fəal gəncləri "Xalq üçün" təşviqat aksiyası keçirib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, xoş əhval-ruhiyyə ilə aksiyaya qoşulan gənclər şəhərin baş meydanında, park və küçələrində, çoxmərtəbəli binaların həyətlərində YAP Mərkəzi Seçki Qərargahı tərəfindən hazırlanmış, YAP tərəfindən irəli sürülmüş namizədlərin seçki proqramını, seçkiqabağı platformasını əks etdirən bukletləri və digər təbliğat-təşviqat materiallarını seçicilərə paylayıblar.
Gənclər, həmçinin bukletlə tanış olan şəhər sakinlərinə son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi nailiyyətlərdən, qazanılan uğurlardan bəhs edib, onları 23 dekabrda keçiriləcək Bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.