Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

FHN əməkdaşları və idmançıları yeni uğurlar qazanmaqda davam edir (FOTO)

FHN əməkdaşları və idmançıları yeni uğurlar qazanmaqda davam edir (FOTO)

Tarix: 19 Dekabr 2019 15:48

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq mərkəzində Nazirliyin yarışlarda uğur qazanmış əməkdaşları və idmançıları ilə görüş keçirilib.

FHN-dən Trend-ə verilən məlumata görə, görüşdə nazirliyin İdman-sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayev Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürəni Toğrul Mikayılovu, İdman-sağlamlıq mərkəzinin əməkdaşı baş-leytenant Rəşad Kəsəmənlini və FHN-in taekvando komandasının idmançısı Tamerlan Yaqubovu əldə etdikləri nailiyyətlərə görə təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.

Qeyd edək ki, 07-08 dekabr 2019-cu il tarixlərində Almaniyanın Zindelfinger şəhərində uşaq taekvondoçular arasında Avropa birinciliyi keçirilib. 32 ölkədən 500-dən çox idmançının mübarizə apardığı yarışda iştirak edən FHN-in İdman-sağlamlıq mərkəzinin idmançısı Mərkəzin əməkdaşı gizir Elvin Məmmədovun rəhbərliyi altında yüksək nəticə göstərib.

FHN-nin taekvandoçusu Tamerlan Yaqubov 29 kq çəki dərəcəsində 4 döyüş keçirərək turnirin gümüş medalına layiq görülüb.

10-13 dekabr 2019-cu il tarixlərində Ukraynanın Xarkov şəhərində Sanda döyüş növləri üzrə Dünya çempionatı keçirilib. Turnirdə 45 ölkədən 1000-dən çox idmançı iştirak edib. Yarışda FHN-in əməkdaşları Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürəni çavuş Toğrul Mikayılov 65 kq çəki dərəcəsində və Xüsusi Riskli Xilasetmə Xİdmətinin N saylı hərbi hissəsinin baş sürücüsü gizir Təbriz Qasımov 75 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək kürsünün ən yüksək pilləsinə qalxıblar. Bununla da, Toğrul Mikayılov 5 qat dünya çempionu adını qazanıb.

13 dekabr 2019-cu il tarixində Azərbaycan Texniki Universitetinin idman zalında Azərbaycan Qol Güləşi Federasiyasının təşkilatçılığı ilə qol güləşi idman növü üzrə “Respublika Kuboku” açıq birinciliyi keçirilib. Yarışda 40 komandadan 140-dən çox idmançı mübarizəyə qoşulub. FHN-nin İdman-sağlamlıq mərkəzinin əməkdaşı baş-leytenant Rəşad Kəsəmənli bütün rəqiblərinə qalib gələrək yarışın qızıl medalına layiq görülüb. İmdançımız Azərbaycan Qol Güləşi Federasiyasının diplom və medalı ilə təltif olunub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

FHN əməkdaşları və idmançıları yeni uğurlar qazanmaqda davam edir (FOTO) FHN əməkdaşları və idmançıları yeni uğurlar qazanmaqda davam edir (FOTO) FHN əməkdaşları və idmançıları yeni uğurlar qazanmaqda davam edir (FOTO) FHN əməkdaşları və idmançıları yeni uğurlar qazanmaqda davam edir (FOTO) FHN əməkdaşları və idmançıları yeni uğurlar qazanmaqda davam edir (FOTO) FHN əməkdaşları və idmançıları yeni uğurlar qazanmaqda davam edir (FOTO) FHN əməkdaşları və idmançıları yeni uğurlar qazanmaqda davam edir (FOTO) FHN əməkdaşları və idmançıları yeni uğurlar qazanmaqda davam edir (FOTO) FHN əməkdaşları və idmançıları yeni uğurlar qazanmaqda davam edir (FOTO) FHN əməkdaşları və idmançıları yeni uğurlar qazanmaqda davam edir (FOTO) FHN əməkdaşları və idmançıları yeni uğurlar qazanmaqda davam edir (FOTO) FHN əməkdaşları və idmançıları yeni uğurlar qazanmaqda davam edir (FOTO) FHN əməkdaşları və idmançıları yeni uğurlar qazanmaqda davam edir (FOTO) FHN əməkdaşları və idmançıları yeni uğurlar qazanmaqda davam edir (FOTO)


Etiketlər:  əməkdaşları idmançıları yeni uğurlar qazanmaqda davam edir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ