Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“The Guardian” Zamirə Hacıyevanı ələ saldı - FOTO

“The Guardian” Zamirə Hacıyevanı ələ saldı - FOTO

Tarix: 19 Dekabr 2019 19:20

İngiltərənin məşhur "The Guardian" qəzeti bu il də maraqlı suallardan ibarət ənənəvi "Christmas quiz" başlıqlı sorğunu aparıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, sorğuda müxtəlif biznes sahələrində əldə olunan və itirilən gəlirlərlə bağlı məlumatlara dair 25 zarafatyana sual verilib.

Burada diqqətçəkən suallardan biri isə Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı, ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) adlı qanunla adını tarixə yazdıran Zamirə Hacıyeva ilə bağlı olub.

Belə ki, nəşr 56 yaşlı Hacıyevanın fotosunu paylaşaraq ironik şəkildə "Həbsdə olan azərbaycanlı bankirin həyat yoldaşı Zamira Hacıyeva xərcləmə vərdişinə dair polis araşdırmasına görə, "Harrod"da sendviçlərə nə qədər pul xərcləyib?" sualını ünvanlayıb. Üç bənddən ibarət isə (320, 32 000, 332 000 funt sterlinq) cavab haqqı verilib.


Etiketlər:  Guardian Zamirə Hacıyevanı ələ saldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ