Tarix: 10 May 2019 17:56
Mövsümün sonunda “Bavariya”dan ayrılacaq Aryen Robben karyerasını Portuqaliyada davam etdirə bilər.
Qol.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb. Bildirilir ki, 34 yaşlı yarımmüdafiəçi “Benfika”ya keçməyə yaxındır. Onun “Benfika” rəhbərliyi ilə danışıqlara başladığı qeyd olunub.
Qeyd edək ki, uzun müddətdir zədədən əziyyət çəkən hollandiyalı futbolçu bu mövsüm “Bavariya”da 16 oyuna 5 qol vurub.