Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2019 16:22
UEFA 2018-19 mövsümündə Çempionlar Liqasının (ÇL) iştirakçılarılarının gəlirlərini açıqlayıb.
Sonxeber.net matc.az-a istinadən xəbər verir ki, qitə futbol qurumu ÇL və Avropa Superkuboku üçün klublara 1 milyard 976 milyon avro ödəyib. Bu isə bir mövsüm əvvəlkindən 564 milyon avro çoxdu.
Ötən mövsüm UEFA-dan ən çox gəlir qazanan komanda yarımfinalçı "Barselona" olub. Kataloniya klubu büdcəsinə 117,7 milyon avro əlavə edib. ÇL-in qalibi "Liverpul" 111 milyon 900 min avro qazanıb. Digər finalçı "Tottenhem"in gəliri isə 101,6 milyon avro təşkil edib.