Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əməkdar artist ÖZÜNÜ ÖLDÜRMƏK İSTƏYİB: Onu bağışlaya bilmirəm - VİDEO

Əməkdar artist ÖZÜNÜ ÖLDÜRMƏK İSTƏYİB: Onu bağışlaya bilmirəm - VİDEO

Tarix: 20 Dekabr 2019 17:35

Əməkdar artist Kəmalə Müzəffər "Bizimləsən"də övladını atan qadınlara təsirli müraciəti ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, xanım aktrisa övladı atmaq üçün səsəbin olmadığını bildirib:

"Qaynana ilə dava, ərlə savaş heç vaxt zəmin yarada bilməz ki, mən uşaqlarımı qonşuya qoyum çıxım gedim. Mütləq bir əsas var. Mən həyatda hamını hər bir şeyi bağışlamağa çağıran bir insanam. Amma bir məqam var ki, orada kim olur olsun onu bağışlaya bilmirəm - Uşaqlarını atan ananı heç vaxt bağışlaya bilmirəm, nə olursa olsun. Hərdən mən öz İnstaqram səhifəmə girəndə görürəm ki, uşaq haradasa atılıb, çağanı atıblar, ana qoyub çıxıb gedib. Televizoru açıram, bu problemlərlə üzləşəndə az qala hayqırmaq istəyirəm. Az qala sizin efirinizə gəlib diz çöküb yalvarmaq istəyirəm. Acından ölürsünüz? - Elə övladlarınız da sizinlə bərabər qolunuzun altında olsun. Çörək yeməyəcəksiniz bir tikə? - Onun yarım tikəsini də onlara yedizdirin. Hər bir məqamda övlad valideyinlərinin, əsas da anasının yanında olmalıdır. Analar, sizdən çox xahiş edirəm, nə olursa olsun ailənizi dağıtmayın - bir, övladınızı atmayın - iki".

Kəmalə Müzəffər bəzən problemlərindən bezib canına qıymağa cəhd etsə belə övladlarından imtina etmədiyini bildirib:


Etiketlər:  Əməkdar artist ÖZÜNÜ ÖLDÜRMƏK İSTƏYİB bağışlaya bilmirəm VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ