Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AVRO-2020 biletlərinin birbaşa satış mərhələsi başlayıb

AVRO-2020 biletlərinin birbaşa satış mərhələsi başlayıb

Tarix: 20 Dekabr 2019 20:20

UEFA AVRO-2020-nin oyunları üçün biletlərin birbaşa satış mərhələsinə başlayıb.

Milli.Az Apasport.az-a istinadən bildirir ki, bu gündən etibarən UEFA qitənin ən möhtəşəm yarışının Bakıda keçiriləcək 4 oyunu üçün birbaşa bilet satışı mərhələsi açıq elan olunub. 

İndi azarkeşlər bilet satışı portalı (euro2020.com/bakutickets) vasitəsilə A qrupunun Bakı Olimpiya Stadionunda keçiriləcək 3 oyunu, həmçinin 1/4 final mərhələsinin 1 qarşılaşmasına biletləri birbaşa ödəniş etməklə əldə edə bilərlər. 

Birbaşa satış mərhələsindən öncə 4-18 dekabr tarixlərində bilet satışının lotereya mərhələsi keçirilib. Lotereya mərhələsində iştirak edən və müraciətlərini uğurla tamamlayan bütün azarkeşlər bilet sahibi hesab edilirlər. Onlar 2020-ci il yanvar ayının sonunadək e-mail bildiriş alacaqlar və bundan sonra ödənişi həyata keçirib biletlərini əldə edə bilərlər. 

Bilet satışı yalnız onlayn həyata keçirilir. Müraciət edənlər özü də daxil olmaqla, hər oyuna maksimum 4 bilet ala bilər. 

Oyunlara biletlər 3 kateqoriyada təqdim olunur. 


Etiketlər:  AVRO 2020 biletlərinin birbaşa satış mərhələsi başlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ