Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elmar Məmmədyarov: BQXK əsir-girovların azad olunmasında səylərini artırmalıdır

Elmar Məmmədyarov: BQXK əsir-girovların azad olunmasında səylərini artırmalıdır

Tarix: 20 Dekabr 2019 23:16

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri Elena Aymone Sesseranı qəbul edib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və BQXK arasında mövcud olan əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə olunaraq bu çərçivədə görülmüş işlər və əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Tərəflər arasında qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki əhalinin beynəlxalq humanitar hüquq sahəsində maarifləndirilməsi istiqamətində görülən işlər, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair məsələlər müzakirə edildi.

BQXK tərəfindən həyata keçirilən humanitar layihələr barədə ətraflı məlumat verən Elena Aymone Sessera yaradılan münbit şəraitə görə ölkəmizə təşəkkürünü bildirdi və təşkilatın Azərbaycan ilə əməkdaşlığının daha da genişlənməsində maraqlı olduğunu qeyd etdi.

Nazir Elmar Məmmədyarov humanitar missiyasının icrasında beynəlxalq təşkilata bundan sonra da lazımi dəstək veriləcəyini qeyd etdi və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində BQXK-nın fəaliyyətinin Azərbaycan tərəfindən müsbət qiymətləndirildiyini diqqətə çatdırdı. Bu xüsusda nazir, saxlanılan əsir-girovların “hamının-hamıya” prinsipi əsasında azad olunması məsələsinə toxunaraq BQXK-nın bu məsələnin həlli istiqamətində səylərinin artırılmasının vacibliyini vurğuladı.

Görüşdə beynəlxalq humanitar təşkilatın ölkəmizdə gələcək fəaliyyəti barədə geniş fikir mübadiləsi aparıldı.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Elmar Məmmədyarov BQXK əsir girovların azad olunmasında səylərini artırmalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ