Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2019 10:08
Bakıda fəaliyyət göstərən çoxsaylı taksi servislərinin sayı fasiləsiz artır. Onlar rəqabət aparır, daha çox müştəri cəlb etmək üçün dempinqə əl atır, gediş tarifləri aşağı salaraq üstün yerlər tutmağa çalışırlar.
Fəqət, bu zaman birmənalı olmayan hadisələr yaşanır.
Həmin olaylardan biri də taksi xidmətinin onlayn applikasiyasından, yəni mobil telefonlar üçün nəzərdə tutulmuş əlavə proqramından istifadə edən vətəndaşın taksi sifariş verərkən marşruta görə hesablanmış məbləğlə yekun ödəniş arasındakı fərqdir.
Sonxeber.net bildirir ki, tanınmış vəkil Rövşən Əhmədov bundan bəhs edib. Onun dediyinə görə, dekabrın 19-də taksi servisinin xidmətindən istifadə edən vətəndaşa gediş xidmətinin haqqı 7 manat 3 qəpik təklif olunub. Müştəri taksi ilə mənzil başına çatandan, yəni xidmət icra olunandan sonra isə vətəndaşın bankdakı hesabından 8 manat 30 qəpik silinib.
"Vətəndaş bununla bağlı banka zəng vurub, aldığı cavab 196 Vergi Xidməti ilə əlaqə saxlamaqla bağlı məsləhət olub. Nə baş verir?! Əslində, xidmət əlavə dəyər vergisi (ƏDV) də daxil edilməklə vətəndaşa təklif olunmalıdır. Xidmət haqqı ilə ƏDV məbləği ayrı-ayrılıqda da göstərilə bilər, amma taksi şirkətləri bunu göstərmirlər. ƏDV-nin məbləğini müştəri yalnız yekun məbləğ xidmət icra olunduqdan sonra hesabdan çıxılanda bilir.