Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hikmət Hacıyev Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşüb

Hikmət Hacıyev Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşüb

Tarix: 21 Dekabr 2019 10:51

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti Darxan Kıdırali ilə görüşüb.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, görüşdə BTA-nın gördüyü işlər nəzərdən keçirilib və gələcək planlar müzakirə edilib.

Prezidentin köməkçisi Akademiyanın işini yüksək qiymətləndirib və Azərbaycan tarixinin birlikdə öyrənilməsi təklifini alqışlayıb.

D.Kıdırali Akademiyanın sənədlərini ilk dəstəkləyən və təsdiqləyən ölkə kimi Azərbaycan tərəfinə minnətdarlıq ifadə edib.


Etiketlər:  Hikmət Hacıyev Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ