Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2019 19:50
Suriya dövlət televiziyası və Neft Nazirliyinin şənbə günü veridyi məlumata əsasən, demək olar eyni vaxta edilən dron hücumları nəticəsində Suriyanın mərkəzində dövlətə məxsus üç neft və qaz təsisinə ziyan dəyib.
Homsda neft email zavodunu və iki təbii qaz emalı zavodunu hədəf alan hücumun məsuliyyətini üzərinə alan olmayıb.
Suriyada Qərbin idxallara tətbiq etdiyi sanksiyalar və ölkədəki neft yataqlarının şərqdə kürdlərin başçılıq etdiyi döyüşçülər tərəfindən idarə olunması səbəbilə bu ilin əvvəlindən bəri yanacaq çatışmazlığı yaşanır.
Sonxeber.net "Amerikanın səsi"nə istinadən bildirir ki, dövlət televiziyası hücumların dron vasitəsilə edildiyini və eyni aynda baş verdiyini güman olunduğunu bildirib. Onlar həmçinin Homs neft email zavodunda çıxan yanğının qarşısının alındığı ilə bağlı məlumat verib.
Suriyanın Neft Nazirliyi bildirib ki, hücum nəticəsində təsislərdəki "istehsal bölmələrinə" ziyan dəyib. Nazirlik yanğının söndürülməyə çalışdığını və bəzi yerlərldə artıq bərpa işlərinin başladığını bildirib.
Homs şəhəri və ətrafındakı ərazilər 2017-ci ildən bəri tamamilə Suriya hökümətinin nəzarəti altındadır. Lakin vilayətin İordaniya ilə sərhədə yaxın bəzi hissələri üsyançıların əlindədir.