Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

52 636 yerli, 17 beynəlxalq müşahidəçi bələdiyyə seçkilərini müşahidə edəcək

52 636 yerli, 17 beynəlxalq müşahidəçi bələdiyyə seçkilərini müşahidə edəcək

Tarix: 22 Dekabr 2019 13:30

Sabah keçiriləcək bələdiyyə seçkilərini 52 636 yerli müşahidəçi müşahidə edəcək.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

M.Pənahov bildirib ki, həmin müşahidəçilərdən 1512-i MSK-da qeydiyyatdan keçib və bütün ölkə üzrə seçkiləri müşahidə etmək hüququna malikdir.

MSK sədri əlavə edib ki, seçkiləri, həmçinin 17 beynəlxalq müşahidəçi müşahidə edəcək. Onun sözlərinə görə, beynəlxalq müşahidəçilər Avropa və MDB ölkələrinddəndir. O əlavə edib ki, Gürcüstan və Ukraynanın Mərkəzi Seçki Komissiyalarının sədrləri də bələdiyyə seçkilərini müşahidə edəcək.

Qeyd edək ki, sabah Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Ümumilikdə 1606 bələdiyyə üzrə 15 156 bələdiyyə üzvü seçiləcək. Bələdiyyə seçkiləri 5049 seçki məntəqəsində keçiriləcək. Səsvermə səhər saat 08:00-da başlayacaq, axşam saat 19:00-da başa çatacaq.

Ümumilikdə səsvermə üçün siyahıya daxil olmuş seçicilərin sayı 4 972 356 nəfərdir.


Etiketlər:  yerli beynəlxalq müşahidəçi bələdiyyə seçkilərini müşahidə edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ