Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Milan'' son 3 ildə ikinci dəfə darmadağın olundu

''Milan'' son 3 ildə ikinci dəfə darmadağın olundu

Tarix: 22 Dekabr 2019 19:40

Bakı. Trend:

"İtaliya çempionatının 17-ci tur mərhələsində "Atalanta" "Milan"ı 5:0 hesabı ilə məğlub edib.

Trend-in məlumatına görə, qollar 10-cu dəqiqədə Alexandro Qomes, 61-ci dəqiqədə Mario Paşaliç, 63-dəqiqədə Yosip İliçiç və 83-cü dəqiqədə Luis Miriel tərəfindən vurulub.

"Milan" sonuncu dəfə oxşar məğlubiyyəti 2017-ci ildə "Latsio" ilə oyunda, 1:4 hesabı ilə yaşayıb.

"Atalanta" 31 xal toplayaraq 5-ci yerə yüksəlib. "Milan" 21 xalla 10-ci yerdədir.

Növbəti turda "Atalanta" "Parma"nı qəbul edəcək, "Milan" isə öz meydanında "Sampdoriya" qarşı görüş keçirəcək. Oyunların hər ikisi yanvar ayının 6-da keçiriləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Milan ildə ikinci dəfə darmadağın olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ