Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniyada siyasi mühacirәt üçün müraciәt edәnlәrin әksәriyyәti Müsavat sәnәdlәri tәqdim edir - YENİ FAKT

Almaniyada siyasi mühacirәt üçün müraciәt edәnlәrin әksәriyyәti Müsavat sәnәdlәri tәqdim edir - YENİ FAKT

Tarix: 23 Dekabr 2019 09:48

Almaniyada siyasi mühacirәt üçün müraciәt edәnlәrin әksәriyyәti Müsavat sәnәdlәri tәqdim edir.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın "globalvoices.org" saytı yazır. Sayt Almaniya Miqrasiya İdarәsinin (BAMF) mәlumatına istinadən qeyd edir ki, 2019-cu ilin ilk beş ayında idarəyə 630 nәfәr azәrbaycanlı müraciәt edib. Bunların isə cәmi 6 nәfәrinә müsbәt cavab verilib.

Yazıda BAMF-ın Azәrbaycandan olan mühacir müraciәtlәrinin dәyәrlәndirmәsi üzrә kömәkçisi İlqar İsayevin də fikirlərinə yer verilib. O bildirib ki, sığınacaq üçün müraciәt edәnlәrin böyük әksәriyyәti inadırıcı olmayan siyasi sәbәblәr göstәrirlәr. Bunların da әksәriyyәti Müsavat sәnәdlәri tәqdim edәnlәrdir.

Xatırladaq ki, ötən ay Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın müxalifət partiyasının keçmiş üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib. Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onlar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin sabiq rəisi Elçin Əkbərov, Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri, Kəlbəcər rayonunun sabiq icra başçısı İlham Həsən, Müsavat partiyasının üzvü, Müsavat AKM sədrinin müavini Mehdi Xəlilbəyli, Müsavat AKM-in üzvü Abdin Cavadov, sabiq deputat Sabir Rüstəmxanlının qardaşı, "Leqat" inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi Əlövsət Əliyev, Mehdi Xəlilbəylinin sürücüsü Rəşad Məmmədov, Müsavat Partiyasının üzvü Elşən Abdullayevdir.

Məlum olub ki, həbs edilənlər Almaniyada "miqrant alveri" ilə məşğul olmaqda , o cümlədən 3-10 min avro arası ödəmə qarşılığında insanları qaçaq yollarla Almaniyaya aparmaqda şübhəli bilinirlər.


Etiketlər:  Almaniyada siyasi mühacirәt üçün müraciәt edәnlәrin әksәriyyәti Müsavat sәnәdlәri tәqdim edir YENİ FAKT


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ