Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olan müraciətlərə baxılıb

Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olan müraciətlərə baxılıb

Tarix: 23 Dekabr 2019 19:36

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olan müraciətlərə baxılıb.

Trend-in məlumatına görə, məsələ barədə məlumat verən MSK-nın üzvü Bəxşeyiş Əsgərov qeyd edib ki, 75 saylı Lənkəran-Masallı seçki dairəsində Türkoba bələdiyyəsinə namizədlər Nofəl Cəfərov və Ələkbər Şükürov tərəfindən müraciət daxil olub. Onun sözlərinə görə, müraciətdə seçki zamanı 29 və 30 saylı seçki məntəqələrində Türoba ərazi nümayəndəsinin müavini Əfqan İbrahimov və Leyla Əzizova tərəfindən topa bülletenlər atılması qeyd olunub: “Müraciətdə bildirilib ki, icra nümayəndəsi və müavini namizədlərə hara istəyirlər, şikayət etmələrini, bunun mənasız olacaqlarını söyləyiblər”.

Məsələ müraciət edildikdən sonra müraciətin 75 saylı Lənkəran-Masallı Dairə Seçki Komissiyasına göndərilməsi barədə qərar qəbul edib. MSK sədri Məzahir Pənahov deyib ki, 75 saylı Lənkəran-Masallı Dairə Seçki Komissiyası müraciətə operativ qaydada baxmalıdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bələdiyyə seçkiləri ilə əlaqədar daxil olan müraciətlərə baxılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ