Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda 2 zəlzələ baş verib

İranda 2 zəlzələ baş verib

Tarix: 11 May 2019 15:44

Bakı. Elnur Bağışov - Trend:

İranın qərbində yerləşən Kirmanşah vilayətində 5,1 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bunu İranın Təcili Yardım Təşkilatının sədri Pirhüseyn Kulivənd deyib.

P.Kulivəndin sözlərinə görə, zəlzələni qiymətləndirmək üçün bölgəyə qruplar ezam olunub.

Zəlzələ nəticəsində itki olmayıb.

Başqa bir zəlzələ isə İranın cənub-şərqində Sistan və Bəluçestan vilayətində baş verib. Zəlzələnin gücü 4,2 bal olub.

Zəlzələnin tələfatı barədə məlumat verilmir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İranda zəlzələ baş verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ