Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2019 23:32
Xorvatiyalı mütəxəssis İqor Tudor özünə yeni iş yeri tapıb. Sonxeber.net matc.az-a istinadən bildirir ki, 41 yaşlı mütəxəssis ölkəsinin "Hayduk" (Split) klubu ilə anlaşıb.
Bu barədə Split təmsilçisinin rəsmi saytı məlumat yayıb. Vaxtilə bu komandanı çalışdırmış Tudor 5 illik fasilədən sonra "Hayduk"a dönüb. O, köhnə-yeni klubu ilə 2,5 illik müqaviləyə imza atıb.
Tudor 2013-2015-ci illər aralığında da "Hayduk"a rəhbərlik etmişdi. O, bu klubdan ayrılandan sonra Yunanıstan PAOK-unda, Türkiyə "Qalatasaray"ı ilə "Karabükspor"unda, həmçinin "Udineze"də (İtaliya) çalışıb.