Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rezidenturaya qəbul üçün tələb olunan müsabiqə balı artırıla bilər

Rezidenturaya qəbul üçün tələb olunan müsabiqə balı artırıla bilər

Tarix: 24 Dekabr 2019 11:45

Bakı. İlhamə İsabalayeva - Trend:

Rezidenturaya qəbul üçün tələb olunan müsabiqə balının artırılması məsələsinə baxıla bilər.

Trend-in məlumatına görə, Dövlət İmtahan Mərkəzinin Yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev bildirib ki, hazırda rezidenturaya qəbul olmaq üçün 100 baldan 40 bal toplamaq lazımdır:

"2020-2021-ci tədris ilində də rezidenturaya qəbul qaydalarında bu müsabiqə şərti saxlanılacaq. Amma növbəti illərdə bu məsələyə baxılacaq. 40 bal aşağıdır, dünya təcrübəsində 50 faiz bal toplamaq lazımdır. Yəqin ki, növbəti illərdə dəyişiklik ediləcək".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Rezidenturaya qəbul üçün tələb olunan müsabiqə balı artırıla bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ