Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2019 11:58
"Los Anceles Qelaksi"dən ayrılan Zlatan İbrahimoviç "Milan"a keçməyə yaxındır.
Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, o, A seriyası təmsilçisinə transfer olunmağa razılıq verib. İsveçli hücumçu "Milan"ın ölkə çempionatının 17-ci turunda "Atalanta"ya 0:5 hesabı ilə uduzmasından sonra bu addımı atıb.
Qeyd edək ki, İbrahimoviç 2010-2012-ci illərdə "Milan"da oynayıb.