Tarix: 11 May 2019 22:44
"Qarabağ" Azərbaycan Premyer Liqasının qalibi olması münasibətilə qazandığı çempionluq kubokunu Ağdama aparacaq.Bunu klubun vitse-prezidenti Tahir Gözəl Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovla görüşündə deyib.
"Neftçi" ilə oyunu izləmək üçün "Bakcell Arena"ya gələn Həsənov matçdan sonra Gözəllə görüşüb. O, çempionluq kubokunu doğma rayonda görmək istədiyini bildirib. Klub rəsmisi isə çempionatın baş mükafatını Ağdama aparacaqlarına söz verib. (Report)