Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kişilər mütləq balqabaq tumu yesin - DİQQƏT

Kişilər mütləq balqabaq tumu yesin -  DİQQƏT

Tarix: 24 Dekabr 2019 21:27

Balqabaq çox zəngin mineral tərkibə malik olan C, E, PP, K, B qrupu vitaminləri, mineral və mikroelementlər (dəmir, mis, kalium, ftor, sink, kalsium), fruktoza, pektin maddələri özündə cəmləyir.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, balqabağın özü ilə yanaşı tumları da çox faydalıdır. Bu tumlar sinklə zəngindir.

Bu dəfə balqabaq tumlarının faydalarını təqdim edirik:

- Sink kişilərin cinsiyyət funksiyasına çox müsbət təsir edir, potensiyanı gücləndirir, spermatogenezə müsbət təsir edir.

- antihelmint (qurdları öldürən) təsirinə malikdir. Bu xüsusilə uşaqlar üçün vacibdir. Hər gün uşağa 1 ovuc (uşaq ovucu) təmizlənmiş balqabaq tumları vermək olar.

- Balqabaq tumlarının tərkibində güclü antioksidantlar olan A və E vitaminləri var. Bu vitaminlər orqanizmdə gedən qocalma prosesləri ləngidir və bu səbəbdən onları "cavanlıq vitaminləri" adlandırırlar.

-Balqabaq tumları pis xolesterinin səviyyəsini aşağı salır.


Etiketlər:  Kişilər mütləq balqabaq tumu yesin DİQQƏT


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ