Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Twitter 88 min hesabı sildi

Twitter 88 min hesabı sildi

Tarix: 24 Dekabr 2019 22:48

Twitter Səudiyyə Ərəbistandan olan 88 min hesabı yanlış informasiya və reklam xarakterli e-mail yaydıqları üçün bağlayıb.

Milli.AZ qaynarinfo-ya istinadən xəbər verir ki, şirkət ətraflı araşdırma tədbirləri nəticəsində belə bir qərar qəbul edib.

Bağlanılan hesablardan ən az 6000-inin Səudiyyə idarəçiliyinin dəstəklədiyi təbliğat fəaliyyətlərində istifadə edildiyi və bu hesabların səudiyyəli rəsmilər haqqında müsbət fikirlər yaydığı qeyd olunub.

Digər tərəfdən təbliğat fəaliyyətlərinin "Smaat" adlı sosial şəbəkə və PR şirkəti tərəfindən idarə edildiyi və bu şirkətin eyni zamanda Səudiyyə Ərəbistanının rəsmi qurumlarının sosial şəbəkə hesablarını da idarə etdiyi bildirilib. Açıqlamada şirkət və şirkət rəhbərlərinin Twitterdən tamamilə uzaqlaşdırıldığı qeyd olunub.


Etiketlər:  Twitter 88 min hesabı sildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ