Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2019 20:52
"Mançester Siti" "Bavariya"nın transfer etmək istədiyi Leroy Saneylə bağlı qərarını verib.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, "şəhərlilər" 23 yaşlı yarımmüdafiəçini yanvarda satmayacaq. Bu barədə "The Mirror" nəşri məlumat yayıb.
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Sanenin ən azı mövsümün sonuna qədər komandada qalmasını istəyib.
"Bavariya" mövsümün əvvəlində Saneni transfer etmək istəsə də, futbolçunun zədələnməsi planları pozmuşdu. Almaniya mətbuatının xəbərinə görə, Münhen təmsilçisi qış transfer pəncərəsi dövründə Sane üçün yenidən rəsmi təklif göndərəcək.