Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

3500 il yaşı olan kral məzarları aşkar edilib - FOTO

3500 il yaşı olan kral məzarları aşkar edilib - FOTO

Tarix: 27 Dekabr 2019 02:30

Yunanıstanın mədəniyyət nazirliyi Peloponnes bölgəsində 3500 il yaşı olan kral məzarlarının aşkar edilməsi barədə məlumat yayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məlumatda tapıntıların Pilos şəhərində bürünc dövrünə aid böyük sarayın yanında aşkar edildiyi vurğulanır.

Bildirilir ki, tapıntılar arasında ən qiymətliləri üzərində möhür olan qızıl üzük və qızıldan hazırlanmış amuletidir. Arxeoloqlar bildiriblər ki, məzarlıqların üstü dağıldığına görə daşlar içəriyə dolub və işlərə mane olur. Tapıntılarda Yunanıstanın bürünc dövrü zamanı ticarət və mədəni əlaqələri barədə çox qiymətli məlumatlar əks olunur.


Etiketlər:  3500 il yaşı olan kral məzarları aşkar edilib FOTO


RƏYLƏR