Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2019 03:16
Bakı. Trend:
Türkiyənin qərbində 4,1 bal gücündə zəlzələ baş verib.
Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, "UTC" vaxtı ilə saat 22:24-də qeydə alınan yeraltı təkanların episentri İzmir şəhərindən 122 kilometr şimal-şərqdə, ocağı isə 2 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin