Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2019 13:20
Bakı. Elçin Mehdiyev - Trend:
Yeni Azərbaycan Partiyasında (YAP) Milli Məclisə gələn il fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərə qatılacaq namizədlərin siyahısının dəqiqləşdirilməsinə həsr edilmiş iclas başa çatıb.
Trend-in məlumatına görə, siyahı artıq hazırdır və az sonra YAP-ın saytında yerləşdiriləcək.
İdarə heyətinin üzvlərindən biri deyib ki, əksər deputatların adı yeni siyahıda yoxdur.
Saat 12:00
Bu gün Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilir.
Trend-in məlumatına görə, iclasda partiyanın fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısı müzakirələrdən sonra təsdiq olunacaq.
Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci ilin fevralın 9-da keçiriləcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin