Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rabitəbank müştərilərinə ilin xəbəri!

Rabitəbank müştərilərinə ilin xəbəri!

Tarix: 27 Dekabr 2019 15:15

Bakı. Trend:

Artıq Rabitəbank müştəriləri vəsaitlərini kartdan-karta komissiyasız köçürə biləcəklər!

Bankdan Trend-ə verilən məlumata görə, Rabitəbankın əmək haqqı kartlarından yeni Kartmane kartlarına və yaxud yeni Kartmane kartları arasındakı pul köçürmələrindən artıq heç bir komissiya tutulmayacaq. Bu əməliyyatlar bankın rəqəmsal xidmətləri üçün keçərlidir.

Belə ki, rahat dizayn və özəlliklərə malik olan Rabitabank Mobil tətbiqi, telegram və facebook messencer üzərindən fəaliyyət göstərən RabitəBot və İnternet Bankçılıq xidmətləri üzərindən qeyd olunan kartlar arasındakı pul köçürmələrində komissiya haqqı tutulmayacaq.

Rabitəbank, 25 xidmət məntəqəsi və 68 ATM-ı, Rabitəbank Mobile adlı mobil tətbiqi və İnternet Bankinq, RabitəBot adlı çatbotu, 133 nömrəli məlumat mərkəzi ilə müştərilərin xidmətindədir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Rabitəbank müştərilərinə ilin xəbəri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ