Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazir müavini: Uçot problemi həll edilmədən differensial ƏDV-nin tətbiqi daha çox problem yarada bilər

Nazir müavini: Uçot problemi həll edilmədən differensial ƏDV-nin tətbiqi daha çox problem yarada bilər

Tarix: 27 Dekabr 2019 17:16

Bakı. Trend:

Differensial Əlavə Dəyər Vergisinin (ƏDV) tətbiqinə keçmək üçün uçot düzgün olmalıdır.

Trend-in məlumatına görə, bunu Vergilər nazirinin müavini Sahib Ələkbərov bu gün keçirilən mətbuat konfransında deyib.

Nazir müavini bildirib: "Biz differensial ƏDV-nin tətbiqinin əleyhinə deyilik. Sadəcə tətbiq edə bilmirik, çünki uçot düzgün deyil. Birinci növbədə uçot məsələsi həll olunmalıdır. Daha sonra isə bu istiqamətdə addım atılmalıdır. Uçot problemi həll edilmədən differensial ƏDV-nin tətbiqi daha çox problem yarada bilər. Düşünürəm ki, yaxın vaxtlarda bu məsələ həllini tapacaq”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Nazir müavini Uçot problemi həll edilmədən differensial ƏDV tətbiqi daha çox problem yarada bilər


RƏYLƏR