Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2019 08:08
Türkiyədə "İnqilabçı Xalq Azadlıq Partiyası Cəbhəsi" (DHKP-C) üzvlərindən biri həbs olunub.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, terror təşkilatında rəhbər vəzifələrdən birini tutan Oya Aslan keçən həftə xüsusi əməliyyat zamanı tutulub.
Qeyd olunur ki, Oya Aslan Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olan terrorçular siyahısında "yaşıl kateqoriya"ya daxil edilib.
İstanbul Baş Prokurorluğu təqsirləndirilən şəxsi terror təşkilatını idarə etdiyinə görə 15-dən 22 il 6 ay müddətinə qədər azadlıqdan məhrum edilməsini tələb edib.