Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gələn il ölkədə vəkillərin sayı 2 mindən artıq olacaq

Gələn il ölkədə vəkillərin sayı 2 mindən artıq olacaq

Tarix: 28 Dekabr 2019 11:36

Bakı. Samir Əli - Trend:

Azərbaycanda vəkillərin sayı artır. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, hazırda vəkilliyə maraq artmaqdadır: "2008-ci ilə qədər ölkədə cəmi 900 nəfər vəkil var idi. Son 2 il ərzində isə 800 hüquqşunas vəkilliyə qəbul olunub. Hazırda qəbul prosesi davam edir. 200-dən artıq hüquqşünas namizədimiz şifahi müsahibə mərhələsindədir. Yanvarın 31-də həmin namizədlər üçün yazılı imtahan keçiriləcək. Bu gün vəkilliyə böyük axın var. Hüquqşünaslar kütləvi şəkildə vəkilliyə sənəd verir. Bu sahəyə o qədər maraq var ki, imtahanları çatdıra bilmirik. Bu da onunla əlaqədardır ki, ölkədə güclü və nüfuzlu vəkilliyin əhəmiyyəti dövlət başçısı tərəfindən xüsusilə qeyd olunur. Hətta dövlət qurumlarında çalışan hüquqşünaslar da vəkilliyi seçirlər. Əminəm ki, gələn ilin ortalarına qədər ölkədə vəkillərin sayı 2 min nəfəri keçəcək. Bu artım davam edir".

A.Bağırov qeyd edib ki, artıq regionlarda da vəkillərin sayı artmaqdadır:

"Bu məsələ uzun illər böyük problem olub. Əminəm ki, vəkillərin sayı artdıqca aztəminatlı, imkansız, hüquqi yardıma ehtiyacı olan şəxslər hüquqi yardım üzrə rastlaşdığı problemlərlə bağlı düzgün ünvana müraciət edəcəklər və öz hüquqlarını sivil qaydada müdafiə edəcəklər".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Gələn ölkədə vəkillərin sayı mindən artıq olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ