Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Güc zəiflikdədir: əsl liderlərin gizli bacarığı

Güc zəiflikdədir: əsl liderlərin gizli bacarığı

Tarix: 28 Dekabr 2019 21:42

Bugün haqqında danışacağımız şəxs Forbes-in köşə yazarı, sahibkar Brian Scudamore-dur. O, adi bir başçıdan necə liderə çevrilmək qabiliyyətindən bəhs edib.

Sonxeber.net bizplus.az-a istinadən bildirir ki, belə bir bacarığa CEO-ların çoxu malik deyil. Bəs siz necə? Adıçəkilən sahibkar tərəddüd və səhvlərin ona milyardlıq biznes qurmaqda necə kömək etdiyindən danışıb.

"Sən qovuldun!" - bu, ABŞ prezidenti Donald Trampın şah kəlməsidir. Bu sözləri eşidəndə həmişə diksinirəm. Onun pozası belə bunu deyir: " Sən məğlubsan". Trampa görə o hər zaman qalibdir. Səhvlərdə həmişə başqa kimsə də günahkardır. Məğlubiyyətsə nəinki pisdir, həm də çox acıdır.

Mənim bir neçə xidmət şirkətləri qurmaqdan əldə etdiyim təcrübə isə biznesi idarə etməyin digər yollarını göstərir: zəiflik göstərin. Səhvlərinizi etiraf edin. Əməkdaşlarınız da bilməlidirlər ki, risklər və məğlubiyyətlər qaçılmazdır. Və elə onlar da uğura, sahədə dəyişiklik edə biləcək şirkətlərə doğru aparır.

"Zəiflik mədəniyyəti" rəhbərdən başlamalıdır

Səhvlərinizi etiraf etməkdən başlayın. Bunu etməsəniz biznesdəki problemləri həll edə bilməyəcəksiniz. Mən 2008-ci ildə necə sürətlə inkişaf etdiyimizi xatırlayıram və biz bu sürəti idarə etmək üçün icraçı direktor tutmalı olduq. Mənə belə bir insanı axtarmaqda tələsməməyi məsləhət gördülər, amma özümün başqa planlarım vardı.

Biz tez bir zamanda namizəd tapdıq - Fortune 500 siyahısından 6 min mağazaya və 30 min adama rəhbərlik edən şirkət prezidenti. Onun təcrübəsini nəzərə alaraq, tərəddüd etmədən işə götürdüm. Təəssüf ki, tezliklə bəlli oldu ki, o, bizim korporativ mədəniyyətimizə uyğun gəlmir və biznesdə problemlər başladı. Amma müqavilədə elə böyük bir kompensasiya yazılmışdı ki, qovulmaq şirkətimizə baha başa gələ bilərdi.

Mən yeni rəhbəri problemlərdə günahlandıra bilərdim. Amma öz idarəedici komandama üz tutub onlardan üzr istədim. Bu ağrılı hal mənim üçün əsl təcrübə oldu - dərhal işə götürmək və tez bir zamanda qovmaq.

Bu səhvdən sonra biz artıq yeni icraedici direktor seçərkən tələsməmək qərarına gəldik. Uyğun birisini tapmaq üçün bütün ölkəni neçə dəfə gəzdiyimi artıq xatırlamıram, amma müqavilə imzalayanda da artıq həmin şəxsin düzgün biri olduğuna dəqiq əmin idik. Onun rəhbərliyi altında portfelimizə (O2E Brands) daha üç şirkət əlavə etdik.

"Zəifliyin sehri" ilə bağlı nümunələrə bir çox aparıcı şirkətlərdə rast gəlmək mümkündür. Starbucks-ın rəhbəri Howard Schultz bu yaxınlarda min əməkdaşın kütləvi qovulmasına görə üzr istəyəndə az qala ağlamışdı. Hisslərini və təvazökarlığını bildirməklə Schultz komandasına göstərdi ki, Starbucks-da işçiləri düşünürlər.


Etiketlər:  Güc zəiflikdədir əsl liderlərin gizli bacarığı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ